Ölkəmizdə kifayət qədər ciddi və mürəkkəb baş-beyin, onurğa cərrahiyyəsi əməliyyatlarını edir.
Məktəb vaxtı fikrin materiyası haqqındakı dərsdən çox təsirlənir və bu sahəyə marağı yaranır. Daha sonra ailəsi də eyni istəkdə olduğuna görə bu sahəni seçir. Fikrin yarandığı beyin və içinə olan maraqla yola çıxan, 13 illik neyrocərrah təcrübəsi qazanan Rauf Sadıqovun əsas motivasiyası dünya praktikasını ölkəsinə gətirməkdir.
Ölkəmizdə olmayan çox kiçik və dərində yerləşmiş törəmələrin nöqtə atışı ilə tək girişdən tapılıb xaric edilməsi metodunu ölkəyə gətirib. Ən riskli əməliyyatlardan biri baziliyar arteriyanın anevrizması əməliyyatınının sayı 5, beyin damarlarında 500-dən çox anevrizma əməliyyatını icra edib.
Hər pasiyentini əməliyyat edəndə onları xəstəlikdən qurtarmağı özünə yeni hədəf seçir. Davam edən bu silsilənin içində qoyduğu hədəflərə çata-çata irəliləyir.
Baş-beyin və onurğa cərrahiyyəsi üzrə mütəxəssis Rauf Sadıqovun əməliyyat etdiyi xəstəliklər
Amerika Beyin Anevrizma Fondunun araşdırmasına görə anevrizmaya bağlı ölüm 25 % , şikəstlik isə hər 7 xəstədən 4-də qeydə alınır.
Bu beyin şişlərinin ölçüsündən, yerləşmə yerindən asılıdır. Kifayət qədər müasir, təhlükəsiz yanaşma metodlarının işlənib hazırlanması, müasir optik cihazlar cərrahi əməliyyatdan sonra bu xəstələrin yaxşılaşmasına zəmin yaradır.
Bəli, xüsusən miqren tipli ağrıları olan xəstələrin hamısının baş beynin MRT, bəzən də göstəriş olanda angioqrafiya müayinəsini keçməyə ehtiyacı var. Çünki miqren tipli ağrılar bəzən anevrizma xəstəliyinin debüt əlaməti ola bilər.
Əlbəttə ki, yox. Yalnız patologiyalı hissə üzərində kiçik pəncərə açırıq.
Bu, həkimə veriləcək ən asan, amma cavabı ən çətin sualdır. Bugün nə onkologiyada, nə də damar xəstəliklərində hər hansı bir konkret səbəb söyləmək mümkün deyil.
Kəllə əsası törəmələri kəllə qutusunun alt hissəsində, burun keçəcəyi və boşluqlarının damında yaranan şişlərdir. Növündən asılı olaraq yavaş və sürətlə böyüyə bilər. Vaxt keçdikcə aşağıya doğru yayılır və burun içinə qədər keçə bilir. İlk yarandıqla ...
Davamını OxuOnurğa beyni şişləri onurğa beynindən və onun qişalarından çıxan sinirlərdən inkişaf edən törəmələrdir. Onurğa sümüklərinə (vertebra) təsir edən şişlərə vertebral şiş deyilir. Onurğa beyni şişləri, xüsusilə şişlər böyüdükcə müxtəlif işarə və simptom ...
Davamını OxuBaş beyin arteriyalarının lokal sahədə genişlənməsi, damar divarlarının zədələnməsi, balonlaşmasıdır. Bu patologiyaya hər 100.000 insandan 13-də rast gəlinir və nəticədə beyin qanaması ilə sonuclanır. Çox hallarda xəstənin ölümünə səbəb olur. Anev ...
Davamını Oxu