Xəstənin baş beyin əməliyyatından sonra 10-14 gün ərzində başını yumaması tövsiyyə olunur. Həmin nahiyəyə su dəyməmək şərtilə 4-5 gündən sonra çimə bilər. Əgər yaraya su dəyərsə, sarğı mütləq yenilənməlidir.
- Əgər pasiyent artıq çəkilidirsə, ən qısa zamanda dietoloqla görüşüb pəhrizə başlamalıdır.
- Pasiyentin, iş həyatı və ev işlərinə başlaya biləcəyi vaxtı yalnız həkim təyin edə bilər.
-Baş-beyin əməliyyatından sonra ən az 2 ay müddətində avtomobil sürmək olmaz.
- 4 həftə sonra cinsi əlaqəyə icazə verilir.
- Baş beyin əməliyyatından çıxmış şəxs spirtli içkilərdən və günəşdən uzunmüddət uzaq qalması tövsiyyə olunur.
- Səyahətə həkimin məsləhəti ilə çıxmaq tövsiyyə olunur.
- Baş beyin əməliyyatından sonra yaxınlarınız sizin fərqli biri olduğunuzu deyirsə, bunu ciddi qəbul edib psixiatrla görüşməyiniz məsləhət görülür.