Xidmətlər

Yaşamaq Uğrunda Mübarizə - Baş Beyin Anevrizması | Beyinə Qan Sızması

Yaşamaq Uğrunda Mübarizə - Baş Beyin Anevrizması | Beyinə Qan Sızması

Neyrocərrah | Baş beyin cərrahı | raufsadiqov.az Yaşamaq Uğrunda Mübarizə - Baş Beyin Anevrizması | Beyinə Qan Sızması

Yaşamaq Uğrunda Mübarizə - Baş Beyin Anevrizması | Beyinə Qan Sızması

Baş Beyin Anevrizması | Beyninə qan sızmış pasiyentim...

Bu dəfəki bloq yazım mənə anadangəlmə damar anomaliyası ilə  müraciət edən pasiyentim haqqında olacaq. 55 yaşlı qadın pasiyentim yüksək təzyiq və gicgahdakı kəskin ağrılara görə həkimə müraciət edib. Daha sonra evdə huşunu itirir. Bizə müraciət edəndə beyindəki anevrizma damarı partlamış və beyinə qan sızmışdı. Vəziyyət çox ciddi idi. Yüksək dərəcəli ölüm və şikəst qalma ehtimalı var idi. Beyin anevrizmaları olduqca təhlükəli patologiyadır. Anevrizmalar içində baş beyin anevrizması daha təhlükəli və ən çox rast gəlinəndir. Xəstəlik beyin arteriyalarının lokal genişlənməsi ilə xarakterizə olunur. Anevrizma partlamasının ağırlaşmaları insulta gətirib çıxarır. Qanaxma nəticəsində kəskin ağrı olur və insan huşunu itirir. ABŞ Beyin Anevrizma Fonduna əsasən, hər 7-i xəstədən 4-də bu və ya digər dərəcədə əlillik əlamətləri qala bilir. Anevrizmanın müalicəsi yalnız cərrahi üsulladır. Qızıl standart açıq üsulla anevrizmanın klipslənməsidir.Fəsadlaşması zamanı xəstələrin 15 faizinin həyatına son qoyur. Biz də tez əməliyyat qərarı aldıq və həyata keçirdik. Xəstə 10 gün xəstəxanada yatandan sonra evə buraxıldı. Daha sonra aparılan müayinələr xəstənin sağaldığını və normal həyatına qayıda biləcəyini göstərdi.

Beyin Anevrizmaları haqqında daha detallı məlumatı aşağıdakı 2 məqalədən oxuya bilərsiniz:

 

Beyin Anevrizmaları nədir? Beyin Anevrizmasının əlamətləri və müalicəsi

Beyin Anevrizması Cərrahiyyəsi

 
123