Təhlükəli xəstəliklər qrupuna aid olan Parkinsonun əsasən beyin hüceyrələrinin itirilməsi ilə müşahidə edilən, qadınlardan daha çox kişilərdə özünü göstərən və yavaş inkişaf edən neyroendogen xəstəlikdir. Ən çox 40-60 yaşlarda rast gəlinsə də 5% insanlarda daha tez, 20-40 yaşında özünü göstərə bilir. İnsan beynində depomin istehsal edən bölmələr var və həmin depomin kifayət qədər olmadıqda insanda parkinson xəstəliyinin əlaməti görünməyə başlayır. Hərəkətlərin idarə edilməz, titrək və anormal olması, düz dayana bilməmə, mimikanın itməsi, duruşun pozulması kimi əlamətlər göstərir.
Əgər ənənəvi müalicə fayda etməsə, əməliyyat yolu seçilə bilər. Parkinson xəstələrinin cərrahi əməliyyatlarına hələ 2008-ci ildən başlamaq istəyirdik. Lakin o vaxtlar bu əməliyyatlar bizim məmləkət üçün hədsiz baha - bir tək proqram təminatı 80 min avro idi. O vaxt başlamaq mümkün olmadı, amma indi bəzi klinikalar bununla bağlı bizimlə əlaqədədir. Qismət olsa ən yaxın zamanda bu əməliyyatların da ölkədə icra olunmasına başlayırıq.