Kranioplastika daha əvvəl əməliyyat olunmuş və ya travma sonrasında itirilən kəllə sümüyünün bərpa edilməsidir. Sıxlıqla beyin şişlərinin müalicəsində istifadə edilən beyin absesini boşaltmaq, təzyiqi azaltmaq, arteriovenoz malformasiyaları sağaltmaq, beyin anevrizması, biopsiya, hematoma kimi ağırlaşmalarda istifadə olunan cərrahi prosedurdur. Kranioplastika sadəcə estetik görünüş yox, həm də sağalma məqsədilə edilir.Problemli hissəni sağaldaraq beyini gücləndirir. Əlavə olaraq, baş ağrısı və nevroloji pozğunluq yaşayan xəstələrdə bu əməliyyat aparıldıqdan sonra simptomların azaldığı müşahidə edilir.
Xəstə anasteziya ilə yatızdırılır və defekt ən üstdə görünmək şərtilə xəstə uzadılır. Skalpla kəsiləcək yer əvvəl ülgüclə təmizlənir, daha sonra antiseptik maddə ilə yuyulur. Növbəti addımda kranioplastik material hazırlanıb defekt olan yerə qoyulur.