Xidmətlər

Kəllə əsası cərrahiyyəsi nədir? Kəllə əsası törəmələri və beyin şişləri

Kəllə əsası cərrahiyyəsi nədir? Kəllə əsası törəmələri və beyin şişləri

Neyrocərrah | Baş beyin cərrahı | raufsadiqov.az Kəllə əsası cərrahiyyəsi nədir? Kəllə əsası törəmələri və beyin şişləri

Kəllə əsası cərrahiyyəsi nədir? Kəllə əsası törəmələri və beyin şişləri

Kəllə əsası törəmələri kəllə qutusunun alt hissəsində, burun keçəcəyi və boşluqlarının damında yaranan şişlərdir. Növündən asılı olaraq yavaş və sürətlə böyüyə bilər. Vaxt keçdikcə aşağıya doğru yayılır və burun içinə qədər keçə bilir. İlk yarandıqları dövrdə hər hansı ələmət verməyə bilir. Əlamatlər törəmənin yerləşmə yerindən və yaxınlığındakı hansı sinir strukturunun zədələnməsindən asılıdır. Törəmənin yaranma səbəbləri arasında genetik faktorlardan basqa kimyəvi maddələr və radiasiya amilləri də rol oynayır.

Kəllə əsası törəmələri yerləşməsinə görə bir neçə növə ayrılır. Kəllə əsası beyin şişlərinin bəziləri xoşxassəli, bəziləri bədxassəlidir. Dermoid, Xrondrosarkoma(Chrondrosarcoma), Kordoma, Osteoma, Hemangioma, Kondroma kəllə əsası beyin şişləridir. 

Bu törәmәlәrin әsas әlamәtlәri:

baş gicәllәnmәsi,

qulaqda sәs,

tarazlığın pozulması,

iki görmә,

çətin udqunmaq,

nәfәs darlığı,

görmә vә eşitmә itkisidir.

Kəllə əsasındakı törəmənin tipini təyin etmək üçün törәmәdәn bir parça alınır vә araşdırılır.

 

 
123