Baş beyin arteriyalarının lokal sahədə genişlənməsi, damar divarlarının zədələnməsi, balonlaşmasıdır. Bu patologiyaya hər 100.000 insandan 13-də rast gəlinir və nəticədə beyin qanaması ilə sonuclanır. Çox hallarda xəstənin ölümünə səbəb olur.
Anevrizmanın yaranması simptomsuz başlayır, xəstə uzun müddət bundan xəbərsiz ola bilir və partlayıb qanaması da qəfil baş verir. Anevrizma adətən tam yetişməyən, zədəli damarlarda yaranır. Qanın güclü təzyiqi axını nəticəsində bu zədəli damar divarı dartılır, genişlənir və burda qabarıq sahə əmələ gəlir.
Anevrizmanın partlama riski ölçüsünə görədir. Məsələn, 33 mm diametrdə olan defektlər ciddi təhlükə daşımır. Belə insanlar müntəzəm olaraq müayinə olunmalı və ölçünü nəzarətdə saxlamalıdır. Əgər diametr böyümürsə, müalicə lazım olmur.
Xırda anevrizmalar heç bir simptom vermir, amma böyük, nəhəng anevrizmalar isə bəzi simptomlar verir. Çünki onlar beyində basqı yaradır.
Arteriyanın partlamasının əlamətləri:
⦁ Dəhşətli baş ağrısı, sanki başa çəkiclə vururlar, xəstə ağrıdan başını divara vurmaq həddinə gəlir
⦁ Ürəkbulanma, qusma
⦁ Nitqin pozulması
⦁ Dərinin qızarması, tər
⦁ Huşun itməsi
⦁ Hərəkətin çətinləşməsi
Ağırlaşmaları
Ən geniş yayılmış ağırlaşması hemorragik insultdur. Beynin hansı hissəsində baş verməsi, nə qədər sahəyə qan sızması, gücü, vaxtında tibbi müdaxilə olub –olmamasından asılı olaraq, ağırlaşmaları olur. Bir dəfə keçirmiş pasiyentlərdə təkrar insultlar ola bilər. Bu xəstələr neyrocərrah və nevroloq nəzarəti altında olmalıdırlar.
Müalicəsi
Ümumi damar, qan dövranı, xolesterin əleyhinə müalicələr yazılsa da, bu anevrizmanı tamam aradan qaldırmır. Anevrizma varsa, böyükdürsə, yeganə müalicə əməliyyatdır. 16 mm-dən böyük diametrli anevrizmalar çıxarılmalıdır.