Xidmətlər

Neyrocərrah | Baş beyin cərrahı | raufsadiqov.az background

Haqqında

Neyrocərrah Rauf Sadıqov

Təhsil

Orta məktəbi Şəmkir rayonu M.Füzuli adına məktəbin biologiya təmayülü sinifində bitirib. 

1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Fərqlənmə ilə bitirdiyinə görə Neyrocərrahiyyə kafedrasında ordinator vəzifəsinə layiq görülüb.

2005-2007-ci illərdə işinə əvvəlcə klinik sonra isə həkim ordinator kimi davam edib. Həmin vaxtlar Azərbaycanda beyin damarlarında əməliyyat icra olunmurdu. Bunun əsas səbəblərindən biri texniki avadanlıqların çatışmazlığı, digəri isə praktik vərdişlərin olmaması idi.

2008-2009-ci illərdə Türkiyədə Marmara Universitetinin Beyin Cərrahisi kafedrasında "Baş-beyin şişləri və damarlarının mikrocərrahiyyəsi" üzrə fellowship kimi işləyib.

2009-cu ildə ölkəyə qayıtdıqdan sonra beyin şişləri və damar cərrahiyyəsi ilə məşğul olub. Eyni zamanda komandası ilə bütün əməliyyatların mikroskop və mikrocərrahi tekniklərlə icrasına başlayıb. Nəticədə bir çox yeniliklər edib və uğur qazanıb.

İştirak etdiyi konfranslar və kadavra kursları:

2012-ci il Vyana və Salsburg professoru Kristian Matula və Antonio Bernardo ilə birgə baş beyin şişləri (Avstriya)

2014-ci il professor Savaş Ceylan ilə transnazal hipofiz cərrahiyyəsi, Türker Kılıç və Evandro Oliveira ilə birgə arxa kəllə çuxurunun şişlərikəllə əsası cərrahiyyəsi (İstanbul)

2015-ci il Münsher professoru Kavase ilə kəllə əsası şişləribeyin damar cərrahiyyəsi, mədəcik daxili şişlərin cərrahiyyəsi (Almaniya)

2017-ci il Ali Krişt (Arkansas, ABŞ) ilə baş-beynin mürəkkəb lokalizasiyalı şişləribeyin damar cərrahiyyəsi (Almaniya)

2020-ci ildə Kocaeli Universitetində professor Savaş Ceylan ilə transnazal endoskopik hipofizkəllə əsası cərrahiyyəsi üzrə fellowship.

Neyrocərrah kimdir? Beyin Xərçənginin əlamətləri adlı bloqumuza keçid etmək üçün klik edin

 

 

 

Neyrocərrah | Baş beyin cərrahı | raufsadiqov.az about

Neyrocərrah 

Ölkəmizdə kifayət qədər ciddi və mürəkkəb baş-beyin, onurğa cərrahiyyəsi əməliyyatlarını edir. 

Məktəb vaxtı fikrin materiyası haqqındakı dərsdən çox təsirlənir və bu sahəyə marağı yaranır. Daha sonra ailəsi də eyni istəkdə olduğuna görə bu sahəni seçir. Fikrin yarandığı beyin və içinə olan maraqla yola çıxan, 13 illik neyrocərrah təcrübəsi qazanan Rauf Sadıqovun əsas motivasiyası dünya praktikasını ölkəsinə gətirməkdir.

Ölkəmizdə olmayan çox kiçik və dərində yerləşmiş törəmələrin nöqtə atışı ilə tək girişdən tapılıb xaric edilməsi metodunu ölkəyə gətirib. Ən riskli əməliyyatlardan biri baziliyar arteriyanın anevrizması əməliyyatınının sayı 5, beyin damarlarında 500-dən çox anevrizma əməliyyatını icra edib. 

Hər pasiyentini əməliyyat edəndə onları xəstəlikdən qurtarmağı özünə yeni hədəf seçir. Davam edən bu silsilənin içində qoyduğu hədəflərə çata-çata irəliləyir. 

 

 

123