Bu, həkimə veriləcək ən asan, amma cavabı ən çətin sualdır. Bugün nə onkologiyada, nə də damar xəstəliklərində hər hansı bir konkret səbəb söyləmək mümkün deyil.
Əlbəttə ki, yox. Yalnız patologiyalı hissə üzərində kiçik pəncərə açırıq.
Bəli, xüsusən miqren tipli ağrıları olan xəstələrin hamısının baş beynin MRT, bəzən də göstəriş olanda angioqrafiya müayinəsini keçməyə ehtiyacı var. Çünki miqren tipli ağrılar bəzən anevrizma xəstəliyinin debüt əlaməti ola bilər.
Bu beyin şişlərinin ölçüsündən, yerləşmə yerindən asılıdır. Kifayət qədər müasir, təhlükəsiz yanaşma metodlarının işlənib hazırlanması, müasir optik cihazlar cərrahi əməliyyatdan sonra bu xəstələrin yaxşılaşmasına zəmin yaradır.
Amerika Beyin Anevrizma Fondunun araşdırmasına görə anevrizmaya bağlı ölüm 25 % , şikəstlik isə hər 7 xəstədən 4-də qeydə alınır.