Xidmətlər

background
Epilepsiya title=

Epilepsiya

Epilepsiya əməliyyatı beyində epilepsiya (qıcolma ) tutmalarının baş verdiyi nahiyələrin kənarlaşdırılması və ya dəyişdirilməsi prosedurudur.

Neyrocərrah | Baş beyin cərrahı | raufsadiqov.az Epilepsiya

Epilepsiya əməliyyatı beyində epilepsiya (qıcolma ) tutmalarının baş verdiyi nahiyələrin kənarlaşdırılması və ya dəyişdirilməsi prosedurudur. Epilepsiya tutmaları (qıcolma tutmaları) hər zaman beynin eyni nahiyəsində baş verdikdə əməliyyat daha effektiv olur. Epilepsiya əməliyyatı müalicənin başlanğıc mərhələsində tətbiq olunmur, lakin tutmaların qarşısını almaq üçün istifadə olunan ən azı iki preperat effektiv olmadıqda cərrahi müalicə üsulu tətbiq olunur.

Əməliyyatın müvəffəqiyyət göstəriciləri əməliyyatın növündən asılıdır və hər bir pasiyentə görə dəyişir. Bununla belə gicgah epilepsiyası əməliyyatı keçirən xəstələrin 70%-dən çoxu əməliyyatdan iki il sonra tutmalardan azad olublar. 

Epilepsiya müxtəlif  xəstələrdə əhəmiyyətli dərəcədə fərqlənir. Bu xəstəliyi müalicə etmək üçün aşağıdakılar da daxil olmaqla bir sıra cərrahi üsullar mövcuddur:

Rezeksiya əməliyyatı

Multipl subpial transeksiya

Hemisferektomiya

Korpus kallozotomiya

İnstrumental müayinələr

Elektroensefaloqrafiya (EEQ) – epilepsiya diaqnozu qoyulması və epilepsiya sindromunun müəyyən edilməsi üçün istifadə olunur. Lakin bu metodun üstünlükləri və məhdudiyyətlərini bilmək lazımdır. Klinikasız yalnız EEQ-nin nəticəsi epilepsiya diaqnozunun qoyulması üçün kifayət deyil. Epilepsiyaya düçar olmayan insanların arasında EEQ-də qeyrispesifik anormal dəyişikliklər tez-tez aşkar olunur (xüsusilə yaşlı pasiyentlərdə, miqrenli xəstələrdə, psixotik hallarda, hətta sağlam insanlarda və s.). Normal EEQ epilepsiya diaqnozunu istisna etmir. EEQ anormal dəyişikliklər göstərməsə də, epilepsiya diaqnozu qoyula bilər. Normal EEQ dalğalarının anormal epileptik dalğalar kimi qəbul olunması ilə bağlı səhvlər tez-tez baş verir. Uşaqlarda bu kimi səhvlər daha çoxdur. Buna görə də, uşaqların EEQ müayinəsi uşaq epilepsiyası sahəsində təcrübəsi olan mütəxəssis tərəfindən aparılmalıdır. Neyrovizualizasiya Epilepsiyanın səbəbi olan beynin struktur dəyişiklərinin aşkar edilməsində MRT müayinəsi KT müayinəsindən daha üstündür. Epilepsiyaya düçar omuş uşaqların əksəriyyəti MRT müayinəsindən keçməlidirlər. Yalnız aşağıda göstərilən sindromlar MRT müayinəsi üçün göstəriş deyil:

İdiopatik yayılmış epilepsiyalar (uşaqların absans epilepsiyası, gənclərin mioklonik epilepsiyası, gənclərin absans epilepsiyası)

Uşaqların mərkəzi-gicgah spayklarla xoşxassəli epilepsiyası

Genetik tədqiqatlar Epilepsiyanın yaranmasında genetik təsirlər çoxdur. Xəstənin nəslində epilepsiyanın olub-olmaması diaqnozu dəqiqləşdirmək və proqnozu müəyyənləşdirmək üçün çox vacibdir. Buna görə də, bütün epilepsiyalı xəstələrdə əvvəlki 2 nəsli əhatə edən genealoji ağac tərtib edilməlidir və burada bütün nevroloji və psixi pozuntular qeyd olunmalıdır. Genealoji ağaca nənə, baba; əmi, dayı, xala, bibi və onların uşaqları; ata, ana; qardaş, bacı və onların uşaqları; xəstənin öz uşaqları daxil edilməlidir.

 

123