Hipofiz adenoması beyin şişləri arasında rastgəlmə tezliyinə görə 4-cü yerdədir. Xoşxassəli şişlərdir və adətən çox yavaş böyüyürlər. Nadirən bədxassəli formaları olsa da, onlar da özünü xoşxassəli şişlər kimi aparır. Adenomalar hipofiz vəzindən əmələ gəlirlər və adətən 30-40 yaş arası insanlarda görülürlər.
Kliniki təzahüründən asılı olaraq şiş hormonal aktiv və ya lal şiş olur.
Xoşxassəli olmasına baxmayaraq, böyüyüb bir çox problemlər yaratdığından cərrahi müdaxilə tələb oluna bilər. Son dövrlər ən uğurlu metod endoskopik cərrahiyyədir.
Hipofiz Adenoması üçün Endoskopik üsulun üstünlükləri:
Klassik üsula görə üstünlüyü dodaq nahiyəsində hissizliyin olmaması, burun qanaxması, burun tıxanıqlığı kimi şikayətlərin daha az olması, tampon istifadə edilməməsi və daha az invaziv olduğuna görə xəstəxanada qalma müddətinin daha az olmasıdır. Eyni zamanda sellanın mikroskopla görünməsi mümkün olmayan hissələrinin bucaqlı endoskoplarla görülərək şişin tam olaraq təmizlənməsi, sfenoid sinusun yan tərəfindəki şah damar, görmə sinirinin endoskoplarla təqib edilərək qorunması mümkün olur. Əməliyyatdan sonra xəstəxanada yatış müddəti daha az olur.