Üçlü sinirin nevralgiyası (üzün ən böyük hissi sinirinin) xroniki iltihab xəstəliyi olub, paroksizmal ağrı sindromu ilə xarakterizə olunur. Həmçinin bu xəstəlik üz və ya trigeminal (Latinca “ trigeminus“ – “ üçlü“ deməkdir) nevralgiya da adlanır.
Trigeminal nevralgiya 100 min nəfərə 40-50 halda rast gəlinir. İl ərzində hər 100 min nəfərə 5 xəstələnmə halı baş verir.
Statistikaya görə, bu xəstəliyə daha çox 50 yaşından yuxarı qadınlar məruz qalırlar. Gənclərin xəstələnmə ehtimalı azdır, cəmi bir neçə dəfə məktəbəqədər uşaqlarda xəstəlik halları təsvir edilib.
Trigeminal nevralgiyanın təzahürləri diş ağrısına bənzəyə bilər. Odur ki, bu cür şikayətləri olan xəstələr çox vaxt ilk növbədə stomatoloqa müraciət edirlər. Eyni zamanda, xəstə tamamilə sağlam olan bir dişinin ağrıdığını göstərər ki, bu da həmin dişin səhvən itirilməsinə səbəb ola bilər.
Üçlü sinirin nevralgiyasında stress halları; üzdə və ağız boşluğunda keçirilmiş cərrahi əməliyyatlar ağrı sindromunun müvəqqəti zəifləməsinə (bir neçə aya qədər) kömək edə bilir.
Adi qeyri-narkotik analgetiklər üçlü sinirin nevralgiyasının müalicəsində effektiv deyil. Onlar yalnız müvəqqəti olaraq ağrını kəsir və getdikcə daha az təsir göstərirlər .
Trigeminal nevralgiyalarda olan dözülməz ağrı sindromu xəstənin əsəb sisteminə pozucu təsir göstərərək, depressiya, həyəcan, aqressiv hallar , psixozlara gətirib çıxara bilər. Trigeminal nevralgiyada ağrı tutmasının başlanmasına hətta yüngül bir toxunuş, məsələn, üzə krem çəkilməsi səbəb ola bilər.
Üçlü sinirin nevralgiyasının səbəbləri nələrdir?
Trigeminal nevralgiyanın yaranma mexanizminə görə bu patologiya birincili (və ya həqiqi) və ikincili ola bilər.
Trigeminal nevralgiyanın dəqiq səbəbi yuxarıda qeyd olunduğu kimi, indiyədək aydınlaşdırılmadığı üçün idiopatik xəstəliklərə aid edilir. Lakin bu xəstəliyin inkişafına ən çox səbəb olan amillər ayırd edilir.
Trigeminal nevralgiya zamanı cərrahi müalicə
Trigeminal nevralgiyanın cərrahi müalicəsi, yalnız onun əməliyyatdan sonrakı problemlərini minimal risklə effektiv surətdə həll edilə biləcəyi təqdirdə tövsiyə olunur. Həmçinin dərman müalicəsində klinik effekt olmadıqda ( 3 ay müddətində müsbət nəticələr olmadığı təqdirdə ) yüngülləşdirici cərrahi manipulyasiyalar təklif olunur .
1. Nevralgiyaya səbəb olan problemlərin cərrahi müdaxilə üsulu ilə həll edilməsi:
– beyin şişlərinin çıxarılması ( əməliyyatın həcmi şiş prosesinin növü, yeri və dərəcəsi ilə müəyyən edilir );
– Mikrovaskulyar dekompressiya – üçlü sinirin və ya onun nüvəsini sıxan genəlmiş qan damarlarının yerinin dəyişdirilməsi və ya rezeksiyası;
– daralmış infraorbital kanalın genişləndirilməsi ( üçlü sinirin ı şaxəsinin çıxma yeri ) – kəllə sümükləri üzərində minimal invaziv cərrahi əməliyyat .
Üçlü sinirin kompressiyasına səbəb olan amillərin effektiv aradan qaldırılması ilə çox hallarda trigeminal nevralgiya tutmaları keçib gedir, nəticə isə sağalmadır.
2. Üçlü sinirin keçiriciliyinin azaldılmasına yönəlmiş cərrahi müdaxilə:
– Kiber Bıçaq
– Gamma Bıçaq
– Trigeminal qanqlionun hava ballonu ilə kompressiyas
– trigeminal qanqlionun rezeksiyası
– Trigeminal gangliyon və ya trigeminal sinir şaxələrinin çıxarılmasına yönəldilmiş digər cərrahi prosedurlar travmatik olur və tez-tez ağırlaşmalar verir .