Xidmətlər

background
Kavernoz angioma title=

Kavernoz angioma

Kavernoz angiomalar anadangəlmə patologiya hesab olunur. Serebral angiomalar damarların inkişafı zamanı yaranan patoloji qovuq şəkilli damar şişləri hesab olunu

Neyrocərrah | Baş beyin cərrahı | raufsadiqov.az Kavernoz angioma

Kavernoz angiomalar anadangəlmə patologiya hesab olunur. Serebral angiomalar damarların inkişafı zamanı yaranan patoloji qovuq şəkilli damar şişləri hesab olunur. Son illərdə sonradan yarana bilənlərinə də rast gəlirik (Bunlar "de novo" kavernoz angiomalar adlanır).

Bu patologiyanin əsas xüsusiyyəti qanamaya meylli olmasi və bunun nəticəsində xəstələrdə beyin qanamasının baş verməsidir. Qanamamış kavernoz angiomalar simptomsuz ola bilər. Əksər xəstələrdə özünü epilepsiya (qicolma tutmaları) ilə göstərir. 

Qanamış kavernoz angioma xəstələrdə klinik olaraq hemorragik insult xəstəliyi ilə eyni əlamətləri daşıyır:

 Ətraflarda hərəkət ve hissiyyatın, nitqin pozulmasi, psixi dəyişikliklər, huşun müxtəlif dərəcədə pozulmasi və hətta ölüm.

Günümüzdə serebral kavernoz angiomaların müalicəsində ən effektiv üsul cərrahi yolla şişin tamamilə çıxarılmasıdır. Yalnız funksional aktiv sahələrdə kavernoz angioma qanamayıb və təsadüfi müayinədə aşkar edilibsə, (beyin kötüyü, nitq mərkəzi, dərin strukturlarda yerləşmiş kavernoz angiomalarda) bəzən dinamik müalicə seçilə bilər.

 Kavernoz angiomalarin müalicə üsulları:

 Mikrocərrahiyyə 

 Radiocərrahiyyə (Gammaknife) 

Qızıl standart mikrocərrahi üsulla angiomanın xaric edilməsidir.

 

 

123