Malformasiya normal fiziki inkişafdan istənilən formada yayınma, inkişaf anomaliyası olub, üzv toxumunun quruluş və funksiyasının kobud şəkildə pozulmasıdır. Damar malformasiyası isə arteriya, vena və ya hər ikisinin bir-biri ilə düzgün olmayan birləşməsidir. Bura venoz damarların (venoz
angioma) və ya birbaşa venaya keçən arteriyanın ( arteriovenoz
malformasiya) malformasiyası daxildir. Malformasiyalar anadangəlmə olur və onların yaranma səbəbləri dəqiq bəlli deyil. Arteriovenoz malformasiyalar zamanı arterial və venoz damarlar bir-biri ilə çoxsaylı qıvrım, nazik divarlı damarlarla birləşirlər.
Adətən bu xəstələrin 20-25%-də heç bir əlamət olmur, digər hallarda isə damar yumağı beynin qanaması və qidalanmasının pozulması nəticəsində bir sıra əlamətlərlə xarakterizə olunur.
Arteriovenoz Malformasiyanın (AVM) Əlamətləri Hansılardır?
Ani başlayan baş ağrısı
Ürəkbulanma, qusma
Qol və ya ayaqlarda qüvvət itkisi
Bu xəstəlik beyinin oksigenlə təmin olunmasında pozğunluq yaratdıqda isə
epileptik tutmalar
başağrısı
danışma və görmə pozğunluğu
Müasir dövrdə beyin AVM-si endovaskulyar müalicə, açıq cərrahiyyə və radiocərrahiyyə yolu ilə müalicə edilir.